Prezident Perinatal Mərkəzdə baş verən yanğını nəzarətə GÖTÜRDÜ 

12:39 09.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Respublika Perinatal Mərkəzində baş verən yanğın elektrik mənşəlidir.

 

Hafta.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, ekspertizanın rəyindən sonra körpələrin ölüm səbəblərinin yanıq mənşəli, yoxsa boğulma nəticəsində olduğu bəlli olacaq.

 

Kamran Əliyev qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsini nəzarətə götürüblər.

 

O əlavə edib ki, hadisə ölkə rəhbərliyinin nəzarətindədir. Faktla bağlı cinayət işi başlanıb.